Prostamed prostatitə yox deyək!
Prostamed Almaniya istehsalı olan bitki tərkibli təbii preparatdır, demək olar ki, bütün sidik-cinsiyyət sisteminə kompleks təsir göstərir, prostatit və prostat vəzinin I –II dərəcəli adenomaları kimi xəstəliklərin təzahürlərinin aradan qaldırılmasına kömək edir, həyat keyfiyyətini yaxşılaşdırır, tonusu artırır və özünə əminliyi geri qaytarır!
Prostamed preparatının komponentləri aminturşuların oksidləşməsini sürətləndirərək böyümüş prostat vəzinin toxumalarında onların yüksək patoloji səviyyəsini azaldır və prostat vəzi toxumalarının böyüməsini ləngidir. Prostamed böyrəklərin filtrləmə qabiliyyətini və sidik kisəsinin tonusunu artırır, sidik ifrazını yaxşılaşdırır.
Prostat vəzinin adenoması olan xəstələrdə Prostamed qalıq sidiyin yaranmasının qarşısını alır. Bundan əlavə, Prostamed iltihab əleyhinə, spazmolitik və sidikqovucu təsirə malikdir, ağrı sindromunun ifadəliliyini və sidik kisəsinin həddən artıq həssaslığını azaldır.

XÜSUSİYYƏTLƏRİ
Prostamed preparatının effektivliyi onun unikal bitki tərkibi ilə əlaqədardır.
BALQABAQ TOXUMLARININ EKSTRAKTI
Prostat vəzinin funksiyasına müsbət təsir göstərir, testosteronun ifrazını normallaşdırır və kişilərdə sonsuzluğun müalicəsində istifadə edilir.
QURU QIZILSƏBƏT OTUNUN EKSTRAKTI
Güclü sidikqovucu təsirə malikdir, böyrəklərin və sidik kisəsinin xəstəlikləri zamanı istifadə edilir. Xroniki prostatit və uretrit zamanı effektivdir.
AĞCAQOVAQ YARPAQLARININ EKSTRAKTI
Nəzərəçarpan dezinfeksiyaedici, ağrıkəsici və iltihab əleyhinə təsirə malikdir.
SUALLAR
Prostamed preparatının istehsalçısı kimdir ?
Prostamed Almaniyada Dr. Qustav Klyayn zavodunda istehsal edilir.
Artıq 70 ildir ki, Şvartsvalddan olan təbii dərman vasitələri Dr. Qustav Klyaynın adı ilə bağlıdır.
Firmanın təsisçisi olan doktor Qustav Klyayn uzun illər ərzində dərman bitkilərinin tədqiqatı və onlardan dərman vasitələrinin alınması ilə məşğul olmuşdur. Maqştadtda Şenenberger bitki preparatları zavodunun direktoru olmazdan əvvəl o, Vyana universitetinin Bitkilərin fiziologiyası institutunun professoru və rəhbəri olmuşdur.

"Bitkilərin təhlili üzrə sorğu kitabı" adlı altı cildlik elmi əsərin müəllifi kimi o, sanki direktor vəzifəsi üçün yaradılmışdı. Öz əsərləri sayəsində əczaçılıq istehsalının təşkili üçün zəruri olan təcrübəyə malik olan alim, doktor Qustav Klyayn öz firmasının yaradılması üçün çox yaxşı zəminlərə malik idi.

Müharibədən sonra, 1946-cı ildə o, həyat yoldaşı ilə birlikdə Şvartsvaldda, Selle-Xarmersbaxda Dr. Qustav Klyayn QmbX əczaçılıq fabrikini yaratdı. Yeni müəssisənin fəaliyyətinin əsas istiqaməti bitki mənşəli dərman vasitələrinin istehsalı və satışı idi.

Şirkətin məhsulları Almaniyanın ərazisində yayılır və digər ölkələrə ixrac edilir.

Bitki mənşəli dərman vasitələri ürək-damar sistemini, mədə-bağırsaq traktını, psixi və əsəb pozuntularını, sidikçıxarıcı yolların və prostat vəzinin xəstəliklərini müalicə edir.
Dr. Qustav Klyayn Şvartsvalddan olan məhsulların yüksək keyfiyyətinə zəmanət verir.
Prostamed necə yaradıldı?
Professor doktor Klyaynın "kəşfi"

Transilvaniyada (Rumıniya) kişilərin prostat vəzi problemləri daha azdır. Bu müşahidə və orada çox miqdarda balqabaq toxumlarının yeyilməsi professor doktor Qustav Klyaynı Prostamed həblərini işləyib hazırlamağa vadar etdi. Prostamed preparatının tərkibinə üyüdülmüş balqabaq toxumları, balqabaq toxumlarının quru ekstraktı (balqabaq qlobulini), qızılsəbət otunun və ağcaqovaq yarpaqlarının quru ekstraktları daxildir. Dərman bitkilərinin bu ənənəvi kombinasiyası artıq uzun illərdir ki, prostat vəzi ilə əlaqədar olan şikayətlər zamanı özünü doğruldur.

Prostamed preparatının tərkibi necədir?
Balqabaq toxumlarının unu, balqabaq qlobulini, qızılsəbət otunun quru ekstraktı, ağcaqovaq yarpaqlarının quru ekstraktı. 1 həbin tərkibinə daxildir:

  • balqabaq toxumlarının unu (Cucurbitae semen) 200 mq;
  • balqabaq qlobulini (Cucurbitae globulin) 100 mq;
  • qızılsəbət otunun quru ekstraktı (Solidago extractum) (5-8:1), ekstragent: etanol 60 həcm % 2,6 mq;
  • quru ağcaqovaq yarpaqlarının quru ekstraktı (Populus tremula folia extractum) (5-8:1), ekstragent: etanol 60 həcm% 6,3 mq.

    Prostamed tərkibində balqabaq olan digər preparatlardan nə ilə fərqlənir?
    Balqabağın digər preparatlarından fərqli olaraq, Prostamedin tərkibində balqabaq qlobulini vardır, onu balqabağın yeganə müalicəvi sortu olan adi balqabaqdan – Cucurbita pepo var. Styriaca əldə edirlər, bu sortun tərkibində 5,4 dəfə daha çox fitosterollar vardır. Fitosterollar da iltihab prostaqlandinlərinin sayını eynilə effektiv şəkildə azaldır, sidik şırnağının gücünü artırır, prostat vəzi toxumasının böyüməsini və qalıq sidiyin həcmini azaldırlar.
    Prostamed hansı vəziyyətlərdə və xəstəliklərdə təyin edilir?
    Prostat vəzinin I-II mərhələli xoşxassəli hiperplaziyası (adenoması) zamanı sidik ifrazının pozulmaları: sidik ifrazının çətinləşməsi, sidik ifrazının tezləşməsi, o cümlədən, gecə vaxtı, sidik kisəsinin tam boşalmaması hissi (qalıq sidiyin olması), sidik ifrazına qarşısı alına bilinməyən çağırışlar, habelə kəskin və xroniki prostatitin kompleks müalicəsinin tərkibində.
    Prostamed necə təsir edir?
    Prostamed xəstəliyin patogenezinə hərtərəfli təsir edir: sidik ifrazı asanlaşır, gecə sidik ifrazı istəkləri və qalıq sidik aradan qaldırılır, sidik ifrazının tezliyi azalır, ağrıkəsici və iltihab əleyhinə təsir edir, prostatiti və prostat adenoması (prostat vəzinin xoşxassəli hiperplaziyası) olan xəstələrin həyat keyfiyyəti yaxşılaşır.
    Prostamed necə qəbul edilməlidir?
    Böyüklər 2 həb olmaqla gündə 3 dəfə və ya 3 həb olmaqla gündə 2 dəfə qəbul etməlidir.

    Həbləri çeynəmək və az miqdarda su ilə birlikdə udmaq lazımdır.

    Preparatdan istifadənin müddətini həkim xəstəliyin xarakterindən və gedişindən asılı olaraq təyin edir, lakin bu müddət 4 həftədən az deyildir.
    BİZİMLƏ ƏLAQƏ
    © Alpen Pharma AG Azerbaijan. 2017. Bütün hüquqlar qorunur
    Qeydiyyat şəhadətnaməsi DV № 16 - 00391 от 14.11.2016